Sintaktik əlaqələr
Sintaktik əlaqələr — sintaktik (yun. sintaksisə aid olan), əlaqə (ərəb. qarşılıqlı münasibət, bir-biri ilə bağlılıq) deməkdir.
Söz birləşməsi və cümlədəki sözlər bir-birilə iki cəhətdən bağlı və əlaqəli olurlar:
Məna(semantik) cəhətdən;
Qrammatik (morfoloji və sintaktik) cəhətdən.
Obyektiv aləmdəki əşyalarla, onların müxtəlif xüsusiyyətləri arasındakı əlaqə nəzərdə tutulur. Onları dörd növə ayırmaq olar:
Subyekt əlaqəsi: Əşya ilə onun hərəkəti arasındakı əlaqədir. Buna predikativ əlaqə də deyilir: O gəlir. Tələbə yazır.
Obyekt əlaqəsi: Obyektlə hərəkət arasındakı əlaqə nəzərdə tutulur: kitabı oxumaq, yeri şumlamaq, məqaləni yazmaq.Cibindən dəsmalını çıxartdı, eynəyini götürdü, gözlərini sildi.
Atributiv əlaqə: Əşya ilə onun müxtəlif əlaməti, keyfiyyət və xasiyyəti arasında olan əlaqə nəzərdə tutulur: ağ divar; həmin adam; Həyatın əzəli, əbədi qanunları var.